Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan “Təhsil haqqında” Qanuna dəyişikliklərlə bağlı təkliflər paketinin Milli Məclisdə qəbul edilməsi nəticəsində sözügedən qanuna 62 düzəliş edildi. Həmin dəyişikliklərdən bir neçəsinin həyata keçirilməsi qaydaları Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi qərarla müəyyən edildi. Həmin qərarlardan biri özündə subbakalavrların müsabiqədənkənar bakalavr təhsili ala biləcəyini ehtiva edir. Belə ki, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi ilə sözügedən təhsil pilləsinə tələbə qəbulunda yeni qaydalar icraya yönəldildi. Yeni qaydalara əsasən, kollec məzunları ali məktəblərə imtahansız qəbul ola biləcəklər. Bəs, bu qaydalar hansı kolleclərə və məzunlara aid ediləcək?
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun sözlərinə görə, qaydalar istisnasız olaraq ölkədə fəaliyyət göstərən bütün kolleclərə şamil ediləcək.
Bəs, bütün kollec məzunları bu şansdan istifadə edə biləcəkmi?
F.Qədirov deyib ki, 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda ilk dəfə olaraq “subbakalavr” ifadəsi əksini tapıb: “Qaydalardan da belə məlum olur ki, “Təhsil haqqında” qanunun qəbulundan sonra kollecləri bitirən və təhsil haqqında sənədində “subbakalavr” peşə ixtisas dərəcəsi yazılan məzunlar imtahan vermədən ali təhsil müəssisələrinə qəbul olunmaq hüququndan istifadə edə biləcəklər”.

Ruhiyyə