Kolleclərə qəbul olunmaq istəyən abituriyentlərdən 12 min 47-si ixtisas seçimi ərizəsini təsdiqləyib

Kolleclərə qəbul olunmaq istəyən abituriyentlərdən 12 min 47-si ixtisas seçimi ərizəsini təsdiqləyib Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi davam edir.
Saat 17.00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 11 min 818, rus bölməsi üzrə 229 abituriyent olmaqla, cəmi 12 min 47 abituriyent ixtisas seçimi edib.
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23.59-da başa çatır. Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar. İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Tehsil-press.az

Oxşar xəbərlər