Millimizdən biabırçı nəticə - Lixtenşteynə uduzdu

Millimizdən biabırçı nəticə - Lixtenşteynə uduzdu Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
“Sportpark Eşen-Mauren" stadionunda keçirilən görüş yığmamızın məğlubiyyəti ilə yekunlaşıb. Komandamız 9-cu dəqiqədə buraxılan qolla Avropanın ən zəiflərindən hesab olunan rəqibinə uduzub.
Avropa çempionatı, seçmə mərhələ - 6 iyun 21:00
Lixteynşteyn (U-21) – Azərbaycan (U-21) - 1:0
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)
Qeyd edək ki, bu, Lixtenşteyn U-21 millisinin tarixində ilk qələbəsi olub. Sözügedən komanda əvvəlki 61 rəsmi oyununda nəinki qalibiyyət üzü görməmişdi, heç xal da qazana bilməmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər