Millimiz Avropa çempionatına vəsiqə qazandı

Millimiz Avropa çempionatına vəsiqə qazandı Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunmuş B qrupunda oyunlara yekun vurulub.

Təhsil-press.az-ın məlumatına görə, qrupun son oyununda bu gün Bakı İdman Sarayında Macarıstan və Azərbaycan milli komandaları qarşılaşıb. Qarşılaşma 6:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Xatırladaq ki, millimiz ilk oyunda Bosniya və Herseqovina yığmasını 5:4, ikinci qarşılaşmada isə Albaniya komandasını 5:0 hesabı ilə məğlub etmişdi.
Beləliklə, 3 oyundan 9 xal toplayan Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Avropa çempionatı 2018-ci il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyana şəhərində təşkil olunacaq.

Təhsil-press.az

Oxşar xəbərlər