Rusiyada əhali gənə dişləmələrinə qarşı peyvənd olunur

Rusiyada əhali gənə dişləmələrinə qarşı peyvənd olunur Rusiyada 2,4 milyon nəfər gənə ensefalitinə qarşı peyvənd olunub. Bu barədə ölkənin müvafiq səhiyyə qurumu bildirib.
Qeyd olunur ki, ilin əvvəlindən peyvənd olunanların sayı 2,4 milyon nəfər təşkil edir və daha 3,1 milyon nəfərin peyvənd olunması planlaşdırılır.
Məlumatda gənə borreliozu və ensefalitinə yoluxma hallarının isə tək-tək olduğu bildirilir və təhükəli hal olmadığı vurğulanır.
Hazırda gənə dişləmələri ilə səhiyyə ocaqlarına müraciət edənlərin sayında da artım olmadığı qeyd edilir.

Tehsil-press.az

Oxşar xəbərlər