Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.
Azərbaycanda suçiçəyi xəstəliyə yoluxma hallarında artım müşahidə edilmir. Hazırda bu xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır:
“Hesab edirəm ki, yoluxma halları ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta azdır. Suçiçəyinə yoluxma halları qeydə alındığı hallarda RGEM yerli şöbələri tərəfindən yerlərdə epidemik tədbirlərin aparılması təmin edilir. Bununla da xəstəliyin yayılmasının qarşısı alınır”.
Dünyada suçiçəyi xəstəliyi ilə mübarizədə peyvəndin tətbiq edildiyini deyən A.Əliyeva əlavə edib ki, Azərbaycanda suçiçəyi idarəolunmayan xəstəliklər qrupuna daxil olunur və ona qarşı peyvənd tətbiq edilmir.
Suçiçəyinin də payız-qış mövsümü üçün xarakterik xəstəlik olduğunu söyləyən mərkəz rəsmisi vurğulayıb ki, havanın temperaturu yüksəldikcə xəstəliyə yoluxma halları daha da azalacaq.
A.Əliyeva Azərbaycanda "koksaki" virusunun yayılması barədə səslənən fikirlərə də münasibət bildirərək indiyədək aparılan laborator müayinələr zamanı bu virusa yoluxma halının aşkarlanmadığını açıqlayıb.
Tehsil-press.az