Azərbaycan Universitetinin XXV buraxılış Məzun Günü keçirilib

Azərbaycan Universitetinin XXV buraxılış Məzun Günü keçirilib Azərbaycan Universitetinin 2018/2019-ci tədris ili məzunlarına həsr olunmuş XXV buraxılış Məzun Günü “Excelsior Hotel&Spa Baku”da keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlər iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Himnin ardından rektor Səadət Əliyeva açılış nitqi ilə çıxış edərək “məzun” adını qazanan tələbələri təbrik edib. Rektor hər bir sonun həm də yeni başlanğıc olduğunu vurğulayaraq, gənclərin daha qayğılı və daha məsuliyyətli mərhələyə qədəm qoyduqlarını bildirib. Onlara həyatlarının bundan sonra başlayacaq yeni mərhələsində uğurlar arzulayan Səadət Əliyeva daim arzularının arxasınca getməyi qarşılarına məqsəd qoymağı tövsiyə edib. Rektor deyib: “Dünyanın harasında olursanız olun, azərbaycanlı olduğunuzu unutmayın, dilimizi, bayrağımızı, himnimizi, milli – mənəvi dəyərlərimizi uca tutun, dövlətçiliyimizə sadiq olun, peşənizi ləyaqətlə və vicdanla icra edin”.
Digər çıxış edənlər - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova məzunlara xoş arzularını çatdırıb, onların Azərbaycan Universitetinin adını daim uca tutacaqlarına, dövlətimiz üçün layiqli vətəndaş olacaqlarına, iş dünyasında peşəkar mütəxəssis kimi çalışaraq ölkəmizin güclənməsinə öz töhfələrini verəcəklərinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Universitetini bu il 175-i bakalavriat, 60-ı magistratura pilləsində olmaqla 235 məzun bitirir. İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Həqiqət Qasımova 96,09 orta müvəffəqiyyət göstəricisi ilə 2018/2019-cu tədris ilində Azərbaycan Universitetindən birinciliklə məzun olub. XXV buraxılış Məzun Günündə Həqiqət Qasımovaya və yüksək göstəricilərlə məzun olan daha 10 tələbəyə Azərbaycan Universiteti rektorunun fəxri fərmanları təqdim olunub. Adını universitetin tarixinə yazdıran Həqiqət Qasımova 2017/2018-ci tədris ili məzunları adından çıxış edərək qazandırdığı dəyərlər üçün universitet kollektivinə və müəllimlərinə təşəkkür edib.
Rəsmi hissə məzunlar tərəfindən Azərbaycan Universitetinin himninin oxunması ilə yekunlaşıb.
Məzun Günü bədii proqramla davam edib. Bu hissədə ənənəvi “papaqatma” mərasimi keçirilib. Məzunlar universitetin rəqs dərnəyinin təqdim etdiyi milli və xarici rəqs nömrələri və DJ Qafqazın təqdim etdiyi musiqi proqramı ilə xoş anlar keçiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetinin XXV buraxılış Məzun Günü keçirilibAzərbaycan Universitetinin XXV buraxılış Məzun Günü keçirilibAzərbaycan Universitetinin XXV buraxılış Məzun Günü keçirilibAzərbaycan Universitetinin XXV buraxılış Məzun Günü keçirilibAzərbaycan Universitetinin XXV buraxılış Məzun Günü keçirilibAzərbaycan Universitetinin XXV buraxılış Məzun Günü keçirilibAzərbaycan Universitetinin XXV buraxılış Məzun Günü keçirilibAzərbaycan Universitetinin XXV buraxılış Məzun Günü keçirilib

Oxşar xəbərlər