Bakı Avrasiya Universitetində “məzun günü” təşkil edilib

Bakı Avrasiya Universitetində “məzun günü” təşkil edilib Bakı Avrasiya Universitetində (BAU) “məzun günü” ilə bağlı möhtəşəm tədbir keçirilib.
Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. BAU-nun rektoru, professor Nazim Hüseynlinin yeni həyata qədəm qoyan, universiteti müvəffəqiyyətlə bitirib məzun adına layiq görülən tələbələri təbrik edib.
Tədbirə qatılan universitet rəhbərliyi ilə yanaşı, ictimaiyyət nümayəndələri, məzunların valideynləri ən xoş arzularını bildiriblər, məzunların bundan sonrakı həyatlarında adlarının həmişə ən yüksək yerlərdən gəlməsini arzu ediblər.
Sonra universitetin tələbələrinə ictimai fəallıqlarına, eyni zamanda, təhsildə yüksək nəticələrinə görə fəxri fərmanlar və diplomlar təqdim edilib.
Universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova tədbirdə fəal iştiraklarına görə valideynlərə təşəkkürünü bildirib və məzunlara “tələbə andı”na sadiq olmağı tövsiyə edib.
Tədbir tələbələrin çıxışları, Azərbaycanın milli rəqsləri, müğənnilərin ifaları ilə davam etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər