Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun günü” keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, universitetin İctimai Etimad Şurasının sədri, Milli Məclisin deputatı Ayın Mirzəzadə, bu şuranın üzvləri, müəllim və tələbələr iştirak ediblər.
Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə professor M.Babanlı məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, uğurlar arzulayıb. Bu il 1511 nəfər bakalavr və 515 nəfər magistrantın məzun olduğunu deyən rektor M.Babanlı 2017-2018-ci tədris ilində 87 bakalavr və 245 magistrantın universiteti fərqlənmə diplomu ilə bitirdiyini qeyd edib. Prezident İlham Əliyevin ölkədə təhsilin, o cümlədən ali təhsilin inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayan rektor ADNSU-nun məzunlarının respublika iqtisadiyyatının və sənayesinin daha da inkişaf etdirilməsinə töhfə verəcəklərinə əminliyini bildirib.
Məzunları təbrik edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərov onlara uğurlar arzulayıb. ADNSU-nun Azərbaycanın ən qocaman ali məktəblərindən biri olduğu, bu universitetin məzunlarının müxtəlif sahələrdə böyük uğurlar əldə etdikləri bildirilib. Hazırda Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazandığını söyləyən rayon icra hakimiyyətinin başçısı bu yolda Prezident İlham Əliyevin əvəzsiz rolunu qeyd edib.
Milli Məclisin deputatı A.Mirzəzadə məzunları təbrik edib, onlara gələcəkdə universitetin adını layiqincə təmsil etməyi tövsiyə edib. Ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini diqqətə çatdıran A.Mirzəzadə bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Qonaqlar adından çıxış edən, SOCAR-ın Qaz İxracı İdarəsinin rəisi, neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri Qağaməli Seyfullayev məzunların buraxılış işlərinin səviyyəsinin xeyli yüksəldiyini söyləyib, ADNSU-da təhsilin keyfiyyətinin sənayenin tələblərinə uyğunlaşdırılması istiqamətində ciddi irəliləyişin əldə olunduğunu bildirib. ADNSU-nun bir neçə tələbəsinin SOCAR-da işə qəbul olunduğunu deyən Q.Seyfullayev məzunlara uğurlar arzulayıb.
Daha sonra universiteti yüksək nəticələrlə bitirən məzunların adları rəmzi kötüyə həkk edilib, onlara ADNSU-nun xatirə hədiyyələri təqdim olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.

Hikmət Əliyev