Ərdoğan: S-400-lər 10 gün ərzində çatdırılacaq

Ərdoğan: S-400-lər 10 gün ərzində çatdırılacaq S-400 zenit-raket komplekslərinin Ankaraya çatdırılması 10 gün ərzində həyata keçiriləcək.
Bunu ABŞ prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, Trampla həm telefon söhbəti, həm ikitərəfli görüş zamanı ABŞ tərəfindən sanksiya barədə heç bir söhbət olmayıb.
Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri arasında görüş G20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər