Türkiyə və Rusiya arasında olan əmtəə dövriyyəsi cari ilin ilk 10 ayı ərzində 30 faiz artıb. Bunu Ankarada Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, bu həftə ərzində Türkiyə və Rusiya nümayəndələri görüş keçirəcəklər və S-400 zenit-raket komplekslərinin alınması məsələsini konkretləşdirəcəklər.
Türkiyə prezidenti həmçinin ABŞ-ın Qüdslə bağlı verdiyi qərar məsələsinə toxunub. O qeyd edib ki, Rusiya və Türkiyənin bu məsələ ilə bağlı yanaşması oxşardır və tərəflər bu istiqamətdə birgə səyləri davam etdirəcəklər.
"Türkiyə və Rusiya arasında əməkdaşlıq gündən günə güclənir. Siyasi sahədə razılaşdırılmış addımlar atılır", deyə Ərdoğan əlavə edib.
Tehsil-press.az