DİM Direktorlar Şurasının sədr müavini Biləsuvarda vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədr müavini Biləsuvarda vətəndaşları qəbul edib Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev Biləsuvarda şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib.
Qəbulda Biləsuvar, Cəlilabad, Masallı rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədr müavini görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Görüşdə əsasən ali təhsil müəssisələrinə qəbul imtahanları, imtahan nəticələri, qabiliyyət imtahanları, subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri və digər məsələlərlə əlaqədar müraciətlər edilib.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da N.Babayev tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

DİM-in Mətbuat Xidməti



Oxşar xəbərlər