Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, eləcə də bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul martın 15-də saat 12:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar DİM-in internet saytında elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya mərkəzin müvafiq regional bölmələrinə müraciət etməlidirlər.
Bundan əlavə, Mingəçevir, Naftalan, Yevlax, Goranboy və Ağdaşın təhsil şöbələrində martın 7-dən 14-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbula yazılmaq istəyənlərin qeydiyyatı aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər