Təhsil naziri Ceyhun Bayramov Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Ağstafa və Qazax rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbulda müraciətlər əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması və digər bu kimi məsələlərlə bağlı olub.
Nazir Ceyhun Bayramov, həmçinin Tovuz rayonunda yerləşən Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada olub. O, təhsil müəssisəsinin tədris və şagirdlərin yaşayış şəraiti ilə tanış olub, sinif otaqlarını gəzib, şagird və müəllimlərlə söhbət edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Bir sıra müraciətlərlə bağlı konkret tapşırıqlar verilib.

Mətbuat Xidməti