Hərbi Prokurorluq dənizə düşən təyyarə ilə bağlı - Açıqlama yaydı

Hərbi Prokurorluq dənizə düşən təyyarə ilə bağlı - Açıqlama yaydı Hərbi Prokurorluqda Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşməsi ilə əlaqədar cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.
Bildirilir ki, hazırda ibtidai araşdırma intensiv davam etdirilir. Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.
Qeyd olunub ki, Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

Tehsil-press.az

Oxşar xəbərlər