Həlak olanların sayı 25-ə çatdı

Həlak olanların sayı 25-ə çatdı Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda baş verən yanğında ölənlərin sayı 25-ə çatıb.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Tehsil-press.az-a daxil olan açıqlamada bildirilir ki, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər