Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün ümumilikdə 54 min 687 namizəd müraciət edib. Onlardan 48 min 204 namizəd müsabiqənin imtahan mərhələsinə dəvət olunub, 41 min 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Bu mərhələnin ilkin nəticələrinə əsasən, imtahanda iştirak edənlərdən 18 min 881 namizəd (46 faiz) uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Onlardan 3-ü imtahanlarda maksimal nəticə (60 bal) göstərib.
Bu məlumatı iyulun 25-də Təhsil Nazirliyində müəllimlərin işə qəbulu üzrə test imtahanlarının yekunu ilə bağlı mətbuat konfransında nazir müavini Məhəbbət Vəliyeva açıqlayıb.
Nazir müavini deyib ki, iyulun 8-dən 24-dək keçirilmiş imtahanlarda 21 min 375 namizəd ilk dəfə, 19 min 913 namizəd isə təkrar iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti ötənilki nəticələrindən daha yüksək nəticə qazanmağa nail olub. Ötən il əldə edilmiş nəticənin 2 il müddətində qüvvədə olduğu nəzərə alınaraq, namizədlər builki vakansiya seçimi mərhələsində hər bir fənn üzrə keçən il və ya bu il əldə etdiyi nəticələrdən birini seçməklə iştirak edə biləcəklər.
Nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib ki, imtahanlar zamanı 19 ixtisas fənni, habelə metodika və məntiq üzrə ümumilikdə 5 min 340 sualdan istifadə edilib. Sualların yoxlanılması zamanı ekspertlər tərəfindən ümumilikdə Azərbaycan bölməsində 20, rus bölməsində isə 9 sualda texniki qüsur müəyyən edilib. Bu suallar ümumi sualların 0,54 faizidir. Texniki qüsur olan suallar dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur. İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınıbsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balının hesablanmasında nəzərə alınacaq. Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlarda olan qüsurlar izah ediləcək.
İyulun 26-da namizədlərin şəxsi səhifəsinə hər bir suala verdikləri düz və səhv cavabları əks etdirən cədvəl və texniki qüsuru olan suallara görə əlavə edilmiş bal (bu suallara verilmiş cavab imtahan zamanı səhv və ya cavablandırılmamış kimi qeydə alınıbsa) nəzərə alınmaqla yekun nəticə göndəriləcək.
İyulun 27-dən isə hər bir namizəd öz şəxsi səhifəsindən apelyasiya qaydasında müraciət edə bilər. Belə müraciətlər iyulun 29-dək qeydiyyata alınacaq. Apelyasiya müraciətinin məqsədi imtahana aid məzmun və ya texniki məsələlərlə bağlı əsaslandırıla bilən tələbləri təqdim etmək, həmçinin imtahanın təşkili ilə bağlı rəy və təkliflər bildirməkdir. Apelyasiya müraciətlərinə müvafiq ekspert komissiyaları tərəfindən baxılacaq və nəticəsi barədə məlumat avqustun 6-dək namizədin şəxsi səhifəsinə göndəriləcək.
Müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək. Bu il müsabiqəyə ölkənin ümumtəhsil müəssisələrində ilkin olaraq təxminən 7 min vakant iş yerinin çıxarılması gözlənilir.
Tehsil-press.az