İyulun 15-də müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib.
Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilən mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, təhsil ekspertləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mediatur iştirakçılarına imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Həmçinin müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artıb. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 min 204 namizəd iştirak hüququ qazanıb. Bu gün ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir. İmtahanda 3280 namizədin iştirakı gözlənilir.
Məlumat verilib ki, bu günədək keçirilən imtahanlarda 15 min 797 namizəd iştirak edib. Namizədlərdən 3 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.
Xatırladaq ki, iyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Mətbuat Xidməti