Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 26-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
İmtahana qeydiyyat aprelin 25-dən mayın 25-dək aparılıb. Bu müddət ərzində 53 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10-da başlayıb və üç saat davam edib. İmtahanda 52 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AA3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 3 nəfər, AC4 altqrupu üzrə isə 2 nəfər olmaqla, ümumilikdə 10 namizəd müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün mayın 29-dan iyunun 11-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin məlumatlarının düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə olunur.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası mayın 29-dan 31-nə kimi saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.
Tehsil-press.az