Hindistanın Bihar və Carxand ştatlarında ildırım vurması nəticəsində iki gün ərzində 51 nəfər həyatını itirib. “Qafqazinfo” bildirir ki, bu barədə “NDTV” telekanalı polisə istinadən xəbər verib.
Bihar ştatında 39, Carxand ştatında isə 12 nəfər dünyasını dəyişib. Ştat hakimiyyəti qurbanların qohumlarına kompensasiya ödənilməsi, eləcə də xəsarət alanlara lazımi tibbi yardımın göstərilməsi ilə bağlı tapşırıq verib.
Daha əvvəl isə Uttar-Pradeş ştatında 32 nəfərin vəfat etməsi qeydə alınmışdı.
Tehsil-press.az