ABŞ-da qasırğa nəticəsində 22 nəfər ölüb, azı 40 nəfər xəsarət alıb

ABŞ-da qasırğa nəticəsində 22 nəfər ölüb, azı 40 nəfər xəsarət alıb ABŞ-ın Alabama ştatında qasırğa nəticəsində 40-dan artıq insan xəsarət alıb.
Bu barədə şərqi Alabamanın tibb mərkəzinin "Facebook" səhifəsində bildirilir.
Məlumatda deyilir: "Biz gündüz 40-dan artıq xəsarət alan qəbul etmişik və daha çox qəbul edəcəyimizi gözləyirik. Bəzi xəsarət alanlar digər xəstəxanalara göndərilir".
"WBRC" telekanalı öz nəvbəsində Li dairəsinin şerifi Cey Consona istinadla bildirir ki, qasırğa nəticəsində ölənlərin sayı 22 nəfər çatıb. Daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi.
Ştatın qubernatoru Key Ayvi pis hava şəraiti ilə əlaqədar ştatın bütün ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər