Ağır yol qəzası baş verib: 17 ölü, 12 yaralı

Ağır yol qəzası baş verib: 17 ölü, 12 yaralı Hindistanın Uttar-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
Yol qəzası nəticəsində azı 17 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
İlkin məlumata əsasən, sərnişin avtobusu ötmə əməliyyatı etmək istəyərkən maneəyə çırpılıb və aşıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Tehsil-press.az

Oxşar xəbərlər