2018-ci ildə Macarıstan Avropa İttifaqı ölkələrinə təqribən 20 min ton bal ixrac edib ki, bu da Aİ daxilində bal ixracının ümumi həcminin təqribən 14 faizidir.
Ötən il Aİ-nin üzvü olan ölkələrdə cəmi 137 min ton bal satılıb. Macarıstanın ardınca Belçika (19 min ton), İspaniya (18 min ton), Almaniya (16 min ton) və Polşa (15 min ton) gəlir
Macarıstan Aİ-yə daxil olmayan ölkələrə 1300 tondan çox bal ixrac edib.
Aİ-nin üzvü olan ölkələr İttifaqın hüdudlarından kənara 119 milyon avro məbləğində 21 min ton bal ixrac ediblər.
Elə həmin il Aİ-nin üzvü olan ölkələr İttifaqın üzvü olmayan ölkələrdən 452 milyon avroluq 208 min ton təbii bal idxal ediblər.
Aİ-yə daxil olmayan ölkələrdən idxal olunan balın əsas hissəsi Çindən (80 min ton=39 faiz) gətirilib. Bu siyahıda Çinin ardınca Ukrayna (41 min ton), Argentina (25 min ton), Meksika (21 min ton) və Çili (8 min ton) gəlir.
Tehsil-press.az