ABŞ-ın Cənubi Karolina ştatında yaşayan və dünyanın ən ağıllı iti hesab edilən Çeyser 15 yaşında dünyasını dəyişib. Bu barədə “TASS agentliyi” “NBC”ə istinadən yazıb.
Heyvan mindən çox oyuncağın adını bilməsi və onlarla bağlı müxtəlif tapşırıqlar yerinə yetirməsi ilə məşhurlaşmışdı. Çeyser elmə məlum olan ən böyük “söz ehtiyatı”na malik heyvan hesab edilirdi. O, yeni əşyaların adlarını istisna üsulu ilə yadda saxlamağı bacarırdı, yəni daha əvvəl eşitmədiyi adı müəyyən edə bilirdi.
İt onu bu bacarıqlara yiyələndirən professor Con Pillinin evində yaşayırdı. Professor vəfat edəndən sonra itin qayğısına onun qızları qalırdı.
Qeyd edək ki, artıq heyvan üçün heykəlin qoyulması planlaşdırılır. Heykəlin 2020-ci ildə hazır olacağı gözlənilir.
Tehsil-press.az