Deputat: Radikal müxalifət Azərbaycan polisi haqqında da şər və böhtanlı informasiyalar yaymaqdadır

Deputat: Radikal müxalifət Azərbaycan polisi haqqında da şər və böhtanlı informasiyalar yaymaqdadır Azərbaycan polisi öz xidməti borcunu layiqincə yerinə yetirir, ictimai asayişi, əhalinin təhlükəsizliyini qoruyur, vətəndaşların qanuna uyğun davranışını təmin edir.
Bunu Tehsil-press.az-a Yeni Azərbaycan Partiyasından olan millət vəkili Cavid Osmanov deyib.
Deputat vurğulayıb ki, müstəqillik illərində polis orqanları kifayət qədər böyük inkişaf yolu keçib:
“Azərbaycan polisi ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir. Lakin Azərbaycanda sabitliyi pozmağa cəhd edən radikal müxalifət və onlarla birgə fəaliyyət göstərən digər dairələr Azərbaycan polisi haqqında şər və böhtanlı informasiyalar yaymaqdadır. Radikal müxalifətin bu addımı təbii ki, ölkəmizdəki sabitliyi pozmağa növbəti cəhd, növbəti təxribatdır. Lakin nə radikal müxalifət, nə də Azərbaycanda əmin-amanlığı sevməyən digər qüvvələr vətəndaşları bu yalanlara, böhtanlara şərik edə biləcəklər.
Çünki vətəndaşlar özləri hər şeyi yaxşı görür. Biz dəfələrlə şahidi olmuşuq ki, polis əməkdaşları vətəndaşlarımızın həyatının xilas edilməsi üçün böyük fədakarlıq göstəriblər. Misal üçün bu yaxınlarda “Sədərək” ticarət mərkəzində yanğın zaman Azərbaycan polisi nə qədər böyük vətənpərvərlik nümayiş etdirdi, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə oradakı insanların həyatlarını xilas etmək üçün öz canlarından keçməyə hazır olduqlarını göstərdilər. Eyni zamanda yol polisi əməkdaşlarının yolda hər hansı bir problemi olan vətəndaşlara dərhal yardım göstərdiyinin şahidi olmuşuq”.

Tehsil-press.az

Oxşar xəbərlər