Milli Məclisin bu gün keçirilən iclasında deputatlar yol polisi ilə bağlı şikayətlərini səsləndiriblər.
Tehsil-press.az-n məlumatına görə, deputat Tahir Kərimli çıxışında bildirib ki, Milli Məclisə gələn zaman yol polisi əməkdaşları onu saxlayıb, lakin cəriməni yerində ödəməyə imkan verməyiblər. T.Kərimli deyib ki, yol polisi əməkdaşları qanuna-zidd hərəkət edərək, deputat toxunulmazlığına da məhəl qoymayıb. Deputat Fəzail Ağamalı da yol polisi əməkdaşlarından şikayət edib. O qeyd edib ki, bu məsələyə birdəfəlik son qoyulmalıdır.
F.Ağamalı deyib ki, Milli Məclisin iclasına tələsərkən də avtomobillərinin yol polisi tərəfindən saxlanılması halları olub: "Hətta yol polislərinə parlamentin iclasına tələsdiklərini deyərkən də bu, nəzərə alınmır. Elə nömrəli avtomobillər var ki, lap saatda 200 km sürətlə gedərkən də saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin".
Spiker Oqtay Əsədov isə bildirib ki, xüsusi nömrə məsələsi yoxdur: "Digər tərəfdən, Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz cərimələnrsə, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir".
tehsil-press.az