Yaponiyada bir həftə ərzində 7 nəfər istidən ölüb

Yaponiyada bir həftə ərzində 7 nəfər istidən ölüb Ötən həftə ərzində Yaponiyada anomal istilər səbəbindən 7 nəfər ölüb.
Bu barədə Yaponiyada Fövqəladə Hallar Nazirliyinin və təcili yardımın funksiyalarını yerinə yetirən Baş yanğın xidmətindən bildiriblər.
Məlumata əsasən, son 7 gün ərzində Yaponiya ərazisində istilər səbəbindən 7338 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 7-si dünyasını dəyişib.
Qeyd edilir ki, ölkənin bəzi regionlarında havanın temperaturu 35 dərəcədən yüksəkdir.
Xatırladaq ki, ötən il anomal istilər səbəbindən Yaponiyada 150-dən artıq insan ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər