Azərbaycanın Litvaya qoyduğu investisiyanın həcmi açıqlanıb.
2019-cu ilin birinci rübündə Azərbaycanın Litvaya birbaşa investisiyalarının həcmi 1,82 milyon avro təşkil edib.
Nazirlikdən bildirilib ki, işgüzar münasibətlər üçün yeni imkanlar daim yeni xarici sərmayələrin cəlb edilməsi üçün çalışan Litva hökuməti tərəfindən yüksək qiymətləndirilir: "İki ölkə arasındakı hazırkı investisiyaların həcmi az olsa da, iş mühitini təkmilləşdirmək istəyi investisiya əməkdaşlığının daha da yaxşılaşmasına yol açır. Litva Bankının məlumatına görə, birbaşa xarici investisiyanın həcmində Azərbaycanın Litvadakı payı 2019-cu ilin ilk rübü üzrə 1,82 milyon avro təşkil edib. Həmin dövrdə Litvanın Azərbaycana birbaşa sərmayəsi isə 0,36 milyon avro olub".
Qeyd edilib ki, Litva Azərbaycanla əməkdaşlıq təşəbbüsləri üçün açıq qalır və müxtəlif sahələrdə, məsələn, qida sənayesi, mebel, elektrik maşınları və avadanlıqları, müxtəlif xidmətlər, o cümlədən maliyyə xidmətləri, informasiya və nəqliyyat xidmətləri sahələrində geniş əməkdaşlıq perspektivlərini görür.
İkitərəfli ticarətin həcminə gəlincə, nazirlik vurğulayıb ki, rəsmi statistikaya görə, 2018-ci ildə Litvanın 204 ticarət tərəfdaşı arasında ikitərəfli ticarət baxımından Azərbaycan 65-ci yeri (ixracda 56-cı, idxalda 76-cı yer) tutub: "Ölkələr arasında ikitərəfli ticarətin inkişafı üçün faydalı vasitə Litva və Azərbaycanın Hökumətlərarası Komissiyasıdır. Komissiyanın işi xarici işlər nazirlikləri tərəfindən əlaqələndirilir. Bundan əlavə, Litva arasında imzalanan İqtisadiyyat, Sənaye və Enerji Sahələrində Əməkdaşlıq Sazişi kimi digər sənədlər də vacib qiymətləndirilir”.
Tehsil-press.az