İordaniyanın Əmman şəhərində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycanı İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin, İordaniya tərəfdən isə sənaye, ticarət və təchizat naziri Yarub Qudahın rəhbərlik etdikləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyətləri təmsil edib.
Nazir ölkələrimiz arasında 25 il əvvəl qurulmuş əlaqələrin hazırda mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf etdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya kral II Abdullah bin Hüseynin yüksək səviyyəli qarşılıqlı rəsmi səfərləri ikitərəfli əlaqələrin inkişafında xüsusilə önəmlidir.
Ş.Mustafayev qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqe tutan İordaniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq əlaqələri qurulub və müsbət istiqamətdə davam edir. Bildirilib ki, İordaniyanın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqələndirmə Qrupuna qoşulması qurumun fəaliyyətinə əhəmiyyətli töhfə verə bilər.
Azərbaycanın islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran Ş.Mustafayev 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunduğunu, Bakıda İordaniyadan idmançıların da iştirak etdiyi 4-cü İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini xatırladıb.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycan-İordaniya iqtisadi əməkdaşlığının genişlənməsinə də böyük imkanlar yaradır. İqtisadiyyat naziri indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 42 sənədin imzalandığını, hazırda elm, maliyyə, hava əlaqəsi, təhlükəsizlik, dənizçilik, vergi, kənd təsərrüfatı və digər sahələr üzrə 9 sənəd layihəsinin müzakirə mərhələsində olduğunu diqqətə çatdırıb.
Görüşdə Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafında müsbət rolu qeyd edilib. Bildirilib ki, hazırda Azərbaycanda ticarət və xidmət sahələrində 9 İordaniya şirkəti fəaliyyət göstərir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 37% artıb. Bununla belə, ticarət əlqələrinin genişləndirilməsi üçün böyük potensial var.
Qeyd edilib ki, elektron viza sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. 2017-ci ildə İordaniyadan Azərbaycana turistlərin sayı 55% artıb. 2018-ci ilin yay mövsümündə birbaşa uçuşların yerinə yetirilməsi üçün turizm operatorları ilə danışıqlar aparılır. Təhsil sahəsində də uğurlu əməkdaşlıq edilir və hazırda Azərbaycanda 40 İordaniya vətəndaşı təhsil alır. Azərbaycanla İordaniya arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Əmmanın Bədr rayonunda prospekt və meydan Ümummilli Lider Heydər Əliyevin adını daşıyır. 2007-ci ildə Bakı Şəhəri İcra Hakimiyyəti və Böyük Əmman Bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında Protokol imzalanıb.
Nazir Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib, regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdığını vurğulayıb. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, investisiya təşviqi mexanizmləri, sənaye parkları və Ələt Azad Ticarət Zonası barədə danışan İqtisadiyyat naziri İordaniyalı iş adamlarını bu imkanlardan yararlanmağa, Azərbaycana sərmayə yatırmağa dəvət edib.
İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Yarub Qudah İordaniyanın iqtisadiyyatı barədə məlumat verib, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.
İclasda Azərbaycan və İordaniya arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq və əlaqələrin inkişafı perspektivlərinə dair müzakirələr aparılıb.
Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah imzalayıb. Sənəd ticarət, investisiyalar, sənaye, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, kənd təsərrüfatı, mədəniyyət və turizm, standartlaşdırma, su təsərrüfatı, gömrük, əmək və əhalinin sosial müdafiəsi, ətraf mühit və digər sahələrdə əməkdaşlığı əhatə edir.
Tehsil-press.az