Məktəblilərimiz Beynəlxalq Meqapolis Olimpiadasında 5 medal qazanıblar

Məktəblilərimiz Beynəlxalq Meqapolis Olimpiadasında 5 medal qazanıblar Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis Olimpiadası keçirilib.
Olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla iştirak ediblər.
İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə bürünc medala layiq görülüblər.
Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə gümüş, kimya fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xanım Yaqublu və Aydan Nağızadə gümüş medal qazanıblar.
Beləliklə, məktəblilərimiz 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında III yerə layiq görülüblər.

Tehsil-press.az

Oxşar xəbərlər