Rusiya Federasiyasının Kazan şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ 2018) keçirilib.
Rusiya, Belçika, Finlandiya, Macarıstan və digər Avropa ölkələrinin təmsil olunduğu olimpiadaya azərbaycanlı şagirdlər də qatılıblar.
Dörd nəfərdən ibarət komanda ilə bu mötəbər elm yarışında iştirak edən məktəblilərimiz uğur qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Abutalıb Namazov və İbrahim Tağızadə, Lənkəran şəhəri 4 nömrəli humanitar liseyin 9-cu sinif şagirdi Murad Eynizadə bürünc medallara layiq görülüblər.
Təhsil Nazirliyi tərəfindən fizika, riyaziyyat və informatika təmayüllü, kimya-biologiya təmayüllü liseylərdə yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlər olimpiadalara hazırlıq prosesinə cəlb edilirlər. Kazanda keçirilən olimpiadada iştirak edən şagirdlər də bu mərkəzlərdə xüsusi proqram əsasında hazırlıq keçiblər.
Tehsil-press.az