“Yumruğum Həbibə dəysə, hər şey bitəcək”

“Yumruğum Həbibə dəysə, hər şey bitəcək” Yüngül və yarımyüngül çəki dərəcələrində “Bellator” çempionu, braziliyalı döyüşçü Patrisiu Freyri Rusiyanın UFC döyüşçüsü Həbib Nurməhəmmədov haqda fikirlərini bölüşüb.
“Həbib çox güclüdür, onun döyüşdə və samboda fenomenal bacarıqları var, amma onun zəif yeri – ayaqlarıdır. Mən onu tuta bilərdim. Mümkünsüz heç nə yoxdur. Düşünürəm, Həbibə qalib gəlməyin yolu var. Əgər mənim yumruğum Həbibə dəysə, hər şey bitəcək”.
Qeyd edək ki, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədov sonuncu görüşündə III raundda boğucu fənddən istifadə edərək, amerikalı Dastin Puaryeyə qalib gəlib.
Nurməhəmmədov karyerası ərzində 28 döyüş keçirib və bir dəfə də məğlub olmayıb. Puarye isə 32 dəfə oktaqona çıxıb və 6 döyüşdə uduzub.

Tehsil-press.az

Oxşar xəbərlər