Putin Həbib və atası ilə görüşdü - Video

Putin Həbib və atası ilə görüşdü - Video Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovu qəbul edib.
Görüşdə Həbibin atası Əbdülmanap Nurməhəmmədov da iştirak edib. “Səni təbrik edirəm” deyən Putin daha sonra zarafatla Həbibin atasına müraciət edərək “Ona güclü cəza vermə” deyib.
Putin əlavə edib ki, Nurməhəmmədov Konor Makqreqor üzərində inandırıcı qələbə qazanaraq UFC titulunu qazanıb:
“Sən istənilən halda əsas tapşırığı yerinə yetirdin - ləyaqətlə və inamla qələbəni qazandın”.

Tehsil-press.az

Oxşar xəbərlər