Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Təhsil naziri Ceyhun Bayramov “Bilik günü” və məktəbin açılışı münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan nazir bildirib ki, ölkəmizdə təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir.
C.Bayramov son illər respublikamızda çoxlu sayda yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb. Nazir deyib ki, regionlarda, xüsusən ucqar rayonlarda yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirildiyinin göstəricisidir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Ceyhun Bayramov ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib. O, yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.
Sonra nazir yeni məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət aparıb.
Qeyd edək ki, yeni istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyaları, 1 məktəbəqədər, 1 hərbi hazırlıq, 1 linqafon otağı və 48 sinif otağı, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, akt zalı, idman zalı inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri təşkil olunub.
Tehsil-press.az