Tərtərdə yeni modul tipli məktəb istifadəyə verilib
Tərtər rayonunun Bayandur kəndində yeni modul tipli məktəbin açılış mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev yeni modul tipli məktəb binasının açılışı münasibətilə müəllim-şagird kollektivini və valideynləri təbrik edib. Tədris ocağının müasir standartlara cavab verən, geniş, işıqlı otaqlardan ibarət olduğunu deyən S.Mirzəyev qeyd edib ki, yeni istifadəyə verilən modul tipli ibtidai məktəb 40 şagird yerlikdir. Məktəbdə 5 sinif otağı, müəllimlər otağı, sanitar qovşağı, istilik sistemi istifadəyə verilib.
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov yeni modul tipli məktəbin açılışının əlamətdar hadisə olduğunu deyib. Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışan A.Əhmədov son illər ölkəmizdə yeni tikilən məktəblərin sayının günü-gündən artdığını nəzərə çatdırıb. Bildirilib ki, tədris müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə təkcə 2017-ci ildə ölkənin 40 rayonunda təqribən 5000 nəfər şagirdi əhatə edən 100 modul tipli məktəb inşa edilib. 2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” olduğunu nəzərə çatdıran A.Əhmədov bu kimi müasir məktəblərin təhsilin keyfiyyətinə birbaşa təsir etdiyini deyib. Şagird kontingenti az olan məktəblər üçün modul tipli məktəblərin çox səmərəli olduğunu da deyən nazirlik rəsmisi bildirib ki, bu tədris ocaqlarının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda görülən abadlıq-quruculuq işlərindən söz açıb.
Məktəb tikintilərinin quruculuq işlərində çox əhəmiyyətli olduğunu deyən icra başçısı bu kimi müasir məktəblərin tikintisinin pedaqoji heyətə və şagirdlərə əlavə stimul verdiyini vurğulayıb.
Yeni tikilən modul tipli məktəbin direktoru Natella Bayramova bizimlə söhbətində bildirib ki, həm müəllimlər, həm də şagirdlər yaradılan şəraitdən çox məmnundurlar: “Məktəbimiz uzun müddət idi ki, şəraitsiz vəziyyətdə idi. Bu, istər-istəməz qış aylarında şagirdlərin davamiyyətinə də mənfi təsir göstərirdi. Sevindirici haldır ki, artıq bu kimi problemlər öz həllini tapıb. Yeni tikilən məktəb müəllimlərimizin daha da yaxşı çalışması üçün əlavə stimul verəcək”.
Məktəbin ibtidai sinif müəllimi Ləman Zeynalova da müasir standartlara cavab verən yeni modul tipli məktəbin tədrisin keyfiyyətinə müsbət təsir edəcəyini, şagirdlərin məktəbə daha da həvəslə gələcəyini bildirib: “Dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğı biz müəllimlərin üzərinə əlavə məsuliyyət qoyur. Artıq biz etimadı doğrultmaq üçün daha səylə çalışmalıyıq”.
Məktəbin şagirdi Leyla Əsədli əvvəllər məktəblərinin yaxşı şəraitdə olmadığını, xüsusən də qış aylarında siniflərinin soyuq olduğunu deyir: “Çox sevinirəm ki, mən də səliqəli, isti sinif otaqları olan bir məktəbdə təhsil alacağam. Bu, mənim kimi bütün sinif yoldaşlarımı da sevindirir. Məktəbin hazır olmasını çox səbirsizliklə gözləyirdik. Şükürlər olsun ki, yeni məktəb binası tikilib hazır olub. Artıq biz dərslərimizə daha ciddi hazırlaşacaq, müəllimlərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışacağıq”.
Kənd sakini Göyçək Əhmədova qarşıdan gələn bayrama bir bayram da qatıldığını deyib: “Bu gün kəndimizdə ikiqat bayram sevinci yaşanır. Artıq valideynlər arxayın olacaqlar ki, uşaqları müasir məktəbdə təhsil alacaqlar. Bu bir valideyn kimi bizi çox sevindirir. Övladlarımız üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Niyazi RƏHİMOV