Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış etdi

Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış etdi "Əməkdaşlığın və əlaqələndirmənin inkişaf etdirilməsi və üzv dövlətlərin beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə imkanlarının gücləndirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq, regional və sub-regional təşkilatlar tərəfindən əhəmiyyətli səylər göstərildiyini təqdir edirik".
Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında deyib.
"Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü kimi Azərbaycan Respublikası, dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq bu çoxtərəfli platforma çərçivəsində əməkdaşlığın davam etdirilməsində və ikitərəfli əsasda MDB üzv dövlətləri ilə qarşılıqlı faydalı iqtisadi, siyasi, hüquqi və humanitar əlaqələrin inkişafında maraqlıdır.
Dialoq tərəfdaşı kimi Azərbaycan, dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət kimi dəyərlərə/normalara əsaslanan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini bölüşür və BMT ilə ŞƏT arasında davamlı əməkdaşlığı tam dəstəklədiyini bir daha izhar edir.
Azərbaycan, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, terrorizm, ekstremizm və separatizm, habelə narkotik ticarəti və əlaqəli cinayətkarlığa qarşı mübarizə aparılması, o cümlədən qarşılıqlı maraq və narahatlıq doğuran digər sahələrdə regional əməkdaşlığın təşviq edilməsi üçün ŞƏT ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdən məmnundur.
Birləşmiş Millətlər Təşkilatı və regional təşkilatlar arasında əməkdaşlıq, Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinin təşviq edilməsi baxımından zəruridir. Bir sıra hallarda aydındır ki, regional və sub-regional təşkilatlar bu xüsusda əvəzedilməz mexanizmlərdir.
Bununla yanaşı, ciddi problemlər hələ də mövcuddur. Regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malik olsalar da, heç də hamısı, onlara üzv dövlətlərin qanunla müəyyən edilmiş müvafiq öhdəliklərinə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensialına sahib deyillər".

Tehsil-press.az



Oxşar xəbərlər