Bakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqı Komitəsinin sədri, Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının vitse-prezidenti Fikrət Şiriyev Rusiya Azad Həmkarlar Federasiyasının "Həmrəyliyə görə" döş nişanı ilə təltif olunub.F.Şiriyev bu mükafata beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Xatırladaq ki, bu il sentyabrın 18-dən 21-dək Bakıda Avrasiya Universitetlərinin Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib.
BDU-nun Mətbuat Xidməti













