Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı tərəfindən Bakı Regional Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov nazirliyin qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək ölkəmizdə həyata keçirilən qadın siyasətindən danışıb. M.İsmayılov qeyd edib ki, Azərbaycan qadınının ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında əhəmiyyətli rola malik olması, cəmiyyətdə mühüm yer tutması məhz əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi mütərəqqi dövlət siyasətinin parlaq nümunəsidir.
Vurğulanıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu gün Azərbaycan qadınını dünyada uğurla və ləyaqətlə təmsil edir.
Sonda FHN Aparatında və qurumlarında çalışan həmkarlar ittifaqı komitələrinin qadın sədrləri və yubiley yaşları tamam olan qadın əməkdaşlara qiymətli hədiyyələr və fəxri fərmanlar verilib.
Tehsil-press.az