AB özü Ukraynaya üzvlük təklif edəcək - Kuleba

AB özü Ukraynaya üzvlük təklif edəcək - Kuleba Ukrayna qaçılmaz şəkildə Avropa Birliyinin üzvü olacaq.
Bu barədə Ukrayna Baş nazir müavini Dmitri Kuleba danışıb.
“Mən indi AB-nin üzvlük perspektivi ilə bağlı bizə konkret bir fikir söyləməsi imkanını görmürəm, amma bizi bir-birimizə daha da möhkəm bağlamaq fürsətini görürəm. Bundan sonra AB-nin Ukraynanın üzvlüyü barədə qərar qəbul etməsi daha asan olacaq. Ümumiyyətlə, düşünürəm ki, yekunda bu qərar qaçılmaz olacaq. AB özü gələcək və bizə üzvlük təklif edəcək”, - Kuleba bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər