Ukrayna Rusiya tərəfindən oğurlanmış Krımı ən yaxın 10-20 ildə qaytara bilməyəcək, ancaq Rusiya ciddi cəzanı çəkməyə onsuz da məcburdur.
Bu haqda Ukraynanın sabiq baş prokuroru Svyatoslav Piskun bildirib.
“Bizim əmlakımızı qaytarın. Oradakı hər şeyi - torpaqları, evdələri, biznesi. Krımı istəyirsiniz? Trilyonları ödəyin!” – Piskun deyib,
Onun fikrincə, 20 il sonra krımlıların özləri yanlış seçimi etdiyini görəcək və analoji referendumun köməyi ilə Ukraynaya qayıtmaq istəyəcəklər.
Bu bəyanata Rusiya tərəfdən cavab özünü çox gözlətməyib.
“Ehtimal ki, Ukrayna Rusiya ilə vahid dövlətin tərkibinə girmək üçün xahiş edəcəyi vaxt gələcək”, - Rusiyanın Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Sergey Sekov “Gazeta.ru”ya şərhində bildirib.
Dövlət Dumasının deputatı Vitali Milonov isə “Ukraynanın yarısını girovdan çıxarmağı” təklif edib.
"Onları pul həyəcanlandırır, biz ticarətə getməyə hazırıq. Onlar Krım üçün trilyonlar istəyirlər. Biz ödəməyə və Ukrayna ərazilərinin yarısını girovdan çıxarmağa hazırıq. İnanın, ukraynalıların çoxu bunu gözləyirlər. Onda onlar üçün xoşbəxt həyat gələcək”, - rusiyalı deputat iddia edib.
Tehsil-press.az