Ukraynada İlham Əliyevin səfərinə hazırlaşırlar

Ukraynada İlham Əliyevin səfərinə hazırlaşırlar Bakı və Kiyev Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin tarixini razılaşdırır. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib.

Xəbər verildiyi kimi, İ.Əliyev bu il Ukraynaya səfər etməyi planlaşdırır.
“Hazırda tərəflər arasında səfərin tarixini razılaşdırmağa dair danışıqlar aparılır”, - deyə A.Mişenko bazar ertəsi Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunan “dəyirmi masa”da bildirib. İ.Əliyev Ukraynaya səfəri zamanı Azərbaycan və Ukrayna Prezidentləri Şurasının altıncı iclasında iştirak edəcək.

Təhsil-press.az

Oxşar xəbərlər