Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir. Bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirlər təşkil edilir.
Institut tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində də tədbirlər keçirir. Aİİ-də sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil olunur. Bu məqsədlə həftəsonu ali təhsil müəssisəsində tələbələr üçün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Niyyət” filmi nümayiş etdirilib. Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gətirilən bu film özünəməxsus süjet xətti və aktual mövzusu ilə diqqət çəkir. Ekran əsərində hadisələr iki fərqli həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Həyat bu iki gəncin yollarını toqquşdurur və onları bir yolda addımlamağa yönəldir.
Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Aİİ-nin Mətbuat Xidməti