Azərbaycan İlahiyyat İnstitutunda “1:0 öndə başlamaq” mövzusunda təlim təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda “1:0 öndə başlamaq” mövzusunda təlim təşkil olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib.
Rektor Ceyhun Məmmədov institutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, onların elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda seminar və görüşlərin təşkil olunduğunu diqqətə çatdırıb. Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən rektor gənclərə məsuliyyət vərdişlərinin aşılanmasında, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin xüsusi rol oynadığını vurğulayıb.
C.Məmmədov tələbələrə uğur qazanmaq, qarşıya qoyulan məqsədə çatmaq və sənətinin peşəkarı olmaq üçün oxumağı və öyrənməyi, daha çox düşünməyi tövsiyə edib. Rektor uğurlu yolun bilik və elmdən keçdiyini qeyd edib.
“PAŞA holding” “AQROVEST DC” İnsan Resursları Departamentinin direktoru Oğuz Heydərli “1:0 öndə başlamaq” mövzusunda çıxış edərək bildirib ki, təlimin əsas məqsədi şəxsi inkişafda motivasiya, xoşbəxt və uğurlu yolların aşılanmasıdır.
O.Heydərli müvəffəqiyyətə nail olmuş bir çox insanın məqsədə çatanadək çoxsaylı uğursuzluqlardan keçdiyini qeyd edib. Təlimçi biliklərin qazanılmasının inkişafa zəmanət vermədiyini, ən başlıcası onları tətbiq etməyin vacibliyini vurğulayıb.
O.Heydərli bildirib ki, tənbəl və daim mənfi enerji daşıyan bir insan həyata “1:0” öndə başlaya bilməz.
Təlim maraqlı müzakirələrlə davam edib.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər