72 yaşlı nazir bıçaqlandı - 2 nəfər saxlanıldı

72 yaşlı nazir bıçaqlandı - 2 nəfər saxlanıldı İndoneziyanın siyasət, ədliyyə və təhlükəsizlik məsələləri üzrə əlaqələndirici - naziri Viranto hücuma məruz qalıb.
72 yaşlı nazir Banten əyalətində səfərdə olarkən naməlum şəxs ona bıçaqla iki zərbə endirib.
Hücum nəticəsində nazir xəstəxanaya yerləşdirilib. Ondan başqa, daha bir polis əməkdaşı xəsarət alıb.
Hadisə ilə bağlı hücum edən şəxs, daha sonra isə onun həyat yoldaşı saxlanılıb. Qadın hücumun planlaşdırılmasında şübhəli bilinir.

Tehsil-press.az

Oxşar xəbərlər