London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlandı

London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlandı London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb.

Tehsil-ppress.az xəbər verir ki, bu barədə Skotland-Yardın açıqlamasında bildirilir.
Cinayətin London sakinləri, 27 yaşlı Pakistan əsilli Xuram Batt və 30 yaşlı Mərakeş və yaxud Liviya əsilli Rəşid Reduan tərəfindən törədildiyi ehtimal edilir.
Xatırladaq ki, iyunun 3-də "London-Bric" körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib.
Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər