Terrorçu insanlara bıçaqla hücum edib - Ölən və yaralananlar var

Terrorçu insanlara bıçaqla hücum edib - Ölən və yaralananlar var Fransanın paytaxtı Parisdə naməlum şəxs küçədə insanları bıçaqlayıb.
Hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Dərhal hadisə yerinə gələn polis əməkdaşları cinayətkarı həbs etməyə çalışarkən müqavimətlə üzləşiblər. Nəticədə bıçaqlı şəxs odlu silahla öldürülüb.
Adı açıqlanmayan şəxsin daha öncə terrorçuluğu təbliğ etdiyi üçün həbsdə olduğu bildirilib.
İŞİD hücumun məsuliyyətini öz üzərinə götürdüyünü yayıb.

Tehsil-press.az

Oxşar xəbərlər