Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında zəngin və təkzibedilməz faktlara əsaslanan cəsarətli çıxışı ilə Ermənistanın Baş nazirinin iddialarını darmadağın etdi. Dövlətimizin başçısı Ermənistanda faşistlərin qəhrəmanlaşdırıldığını bildirərək İrəvan hakimiyyətini bu cür yarıtmaz siyasətdən əl çəkməyə, MDB məkanında əməkdaşlığı və sülhü təhdid edən faşizm ideologiyasından imtina etməyə çağırış etdi.
Bu fikirləri Tehsil-press.az-a Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidenti, həmçinin, çıxışında Böyük Vətən Müharibəsi zamanı qələbənin əldə olunmasında xalqımızın müstəsna rolunu dəqiq və təkzibolunmaz faktlarla bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı:
"Əlbəttə ki, bu rol kifayət qədər əhəmiyyətli olmuşdur. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən Müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi qələbə uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əgər bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi".
Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev bir neçə gün öncə Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı da Ermənistan Baş nazirinin Dağlıq Qarabağla bağlı iddialarına yüksək səviyyədə cavab verərək həm Ermənistanın işğalçılıq siyasətini növbəti dəfə ifşa etmiş, həm də ölkəmizin ədalətli, beynəlxalq hüquqa söykənən mövqeyini belə bir mötəbər tribunadan ifadə etmişdi. "Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!" deyən Prezident İlham Əliyevin fikirləri böyük rezonansa səbəb olmuş, xalqımız tərəfindən yüksək qiymətləndirilmiş, dəstəklənmişdi: "Dünən isə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında dövlətimizin başçısı yenə də Ermənistan iqtidarına tarix və diplomatıya dərsi keçdi, onların faşist və işğalçı siyasətini faktlarla ifşa etdi. Prezident İlham Əliyev Ermənistanda Qaregin Njde ləqəbi ilə tanınan faşist Qaregin Ter-Arutyunyana heykəl ucaldılmasının faşistlərin qəhrəmanlaşdırılmasına xidmət etdiyini vurğulayaraq bunun yolverilməz olduğunu, ilk növbədə erməni xalqınının özünün bu ləkədən təmizlənməli olduğunu bildirdi".
S.Qafarovanın fikrincə, diqqət çəkən məqamlardan biri də odur ki, Paşinyan növbəti dəfə nə qədər savadsız, siyasi və diplomatiya sahəsində bacarıqsız biri olduğunu sübut etdi:
"O, guya Azərbaycan liderinə cavab vermək istədi, amma absurd iddiaları ilə özünü gülüş hədəfinə çevirdi. Paşinyan satqın və faşist olduğu, təxribatçı dəstə yaradaraq pozuculuq fəaliyyəti göstərdiyi, Sovet ordusuna xəyanət etdiyi və nəhayət faşizmin qələbəsi uğrunda mübarizə apardığı heç kəsdə şübhə doğurmayan Njdeni müdafiə etməyə cəhd etməklə İrəvan hakimiyyətinin də faşist mahiyyətini ortaya qoydu. O çıxışında faşist Njdeni sovet dövründə repressiyaya məruz qalmış şəxslərlə müqayisə edərək, eyni zamanda, Azərbaycan Prezidentinin fikirlərini təhrif edib manipulyasiyaya cəhd etməklə özünü çıxılmaz vəziyyətə saldı. Prezident İlham Əliyev isə ikinci dəfə söz alaraq Paşinyanı yerinə oturtdu. Dövlət başçımız işğalçı ölkənin Baş nazirinin gülüş doğuran iddialarını iclasda səsləndirilən ən absurd tezislər kimi qiymətləndirərək bir daha bəyan etdi ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir".
Tehsil-press.az