Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin, YAP-ın Nəsimi rayon təşkilatının təşəbbüsü və Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın dəstəyi ilə tələbələr fləşmob keçiriblər.
Fləşmobda tələbələr “Qarabağ Azərbaycandır!” şüarını nümayiş etdiriblər.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir daha öz qəti və prinsipial mövqeyini dünya ictimaiyyətinə çatdırıb. Dövlət başçımız xalqımızın milli maraqlarını və Azərbaycanın ərazi bütövlüyünü ifadə edərək demişdir: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Ölkə Prezidentinin bu ədalətli və prinsipial mövqeyini xalqımız yüksək səviyyədə dəstəkləyir.

BSU-nun Mətbuat Xidməti