
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlayıb.
Ankarada səfərdə olan ABŞ-ın Vitse-prezidenti Mayk Pens ötən gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra açıqlama verərək ABŞ və Türkiyənin Suriyada atəşkəslə bağlı razılığa gəldiyini bildirib: “Sülh Çeşməsi” hərəkatına 120 saatlıq fasilə veriləcək. Amerika YPG-nin bölgədən çıxarılmasını təmin edəcək”.
Oxumeni.az