ADU-da dəyirmi masa: klassik Şərq-Qərb tərcümə sənəti

ADU-da dəyirmi masa: klassik Şərq-Qərb tərcümə sənəti Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsi və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Klassik Şərq-Qərb tərcümə sənəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsun Nağısoylu klassik Şərq tərcümə sənəti haqqında fikirlərini bölüşüb.
German dillərinin nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Yusif Allahverdiyev “M.Ş.Vazehin şeirləri, F.Bodenştedin, Y.V.Qötenin “Qərb-Şərq divanı” (Ə.Qubatovun tərcüməsində) mövzusunda və həmin kafedranın dosenti Esmiralda Rəhimli isə “Nobel mükafatçılarının əsərləri Azərbaycan dilində” mövzusunda məruzə ilə çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər